• cümə, 29 Mart, 15:31
  • Baku Bakı 14°C

Sabah üçün hava proqnozu

27.03.14 11:15 1407
Sabah üçün hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında martın 28-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər