• cümə, 19 Aprel, 15:24
  • Baku Bakı 25°C

Həqiqi hərbi xidmətə çağırış başlayıb

01.04.14 10:16 1178
Həqiqi hərbi xidmətə çağırış başlayıb
APA-nın məlumatına görə, aprelin 30-dək davam edəcək proses çərçivəsində 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılır.
Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytında (www.seferberlik.gov.az) elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə məlumat ala bilərlər.
banner

Oxşar Xəbərlər