• cümə, 19 Aprel, 15:19
  • Baku Bakı 25°C

Bəzi rayonlarda yağış yağacaq - Proqnoz

11.04.14 10:33 1126
Bəzi rayonlarda yağış yağacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gecə və səhər bir qədər güclənəcək. Günün ikinci yarısında külək mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.
Aprelin 12-də Azərbaycanın rayonlarında əskər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək caxacağı, qısamüddətıi yağış yağacağı gözlənilir. Havanın temperturu Aran rayonlarında gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər