• cümə, 19 Aprel, 21:28
  • Baku Bakı 24°C

ABŞ prezidentinin müavini Ukraynaya səfər edib

21.04.14 18:38 1211
ABŞ prezidentinin müavini Ukraynaya səfər edib
Aprelin 21-də ABŞ prezidentinin müavini Cozef Bayden Ukraynaya səfər edib.
Lent.az-ın “UNİAN.net”-ə istinadən məlumatına görə, “Borispol” hava limanında onu Ukraynanın müvəqqəti xarici işlər naziri Andrey Deşitsa və ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payett qarşılayıb.
Deşitsa jurnalistlərə açıqlamasında bildirib ki, Baydenin səfərindən rəsmi Kiyev Ukrayna ilə ABŞ arasında danışıqların intensivləşməsinin təsdiqini gözləyir.
“Ukrayna baş nazirinin ABŞ səfəri zamanı əldə edilən razılığın nəticəsi olaraq, biz iki ölkə arasında danışıqların davamlı və intensiv olacağını gözləyirik”-deyə, ukraynalı diplomat vurğulayıb.
banner

Oxşar Xəbərlər