• cümə axşamı, 25 aprel, 14:35
  • Baku Bakı 23°C

Düşmən atəşkəsi yenə pozub

21.04.14 09:06 1021
Düşmən atəşkəsi yenə pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub./trend/
banner

Oxşar Xəbərlər