• çərşənbə axşamı, 23 aprel, 11:56
  • Baku Bakı 20°C

Sabah hava necə olacaq? - Proqnoz

11.05.14 14:43 1021
Sabah hava necə olacaq? - Proqnoz
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Məlumata görə, mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir./trend/
banner

Oxşar Xəbərlər