• cümə, 26 Aprel, 23:05
  • Baku Bakı 22°C

Güclü külək gəlir - Proqnoz

05.05.14 11:28 1190
Güclü külək gəlir - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək, axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 7-8-də arabir güclənən xəzri küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
banner

Oxşar Xəbərlər