• çərşənbə axşamı, 23 aprel, 18:54
  • Baku Bakı 20°C

Düşmən cavab atəşi ilə susdurulub - Cəbhədən xəbər

13.05.14 08:20 1002
Düşmən cavab atəşi ilə susdurulub - Cəbhədən xəbər
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub./trend/
banner

Oxşar Xəbərlər