• çərşənbə axşamı, 23 aprel, 15:18
  • Baku Bakı 24°C

32 dərəcə isti olacaq - Proqnoz

08.05.14 10:57 1065
32 dərəcə isti olacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, mayın 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əverişli olacaq.
Azərbaycanın rayonlarında mayın 9-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər