• cümə, 29 Mart, 15:59
  • Baku Bakı 14°C

Sinoptiklərdən hava xəbərdarlığı

13.05.14 11:15 1134
Sinoptiklərdən hava xəbərdarlığı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, mayın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir./trend/
banner

Oxşar Xəbərlər