• cümə axşamı, 25 aprel, 09:42
  • Baku Bakı 14°C

Qısamüddətli yağış gözlənilir - Proqnoz

14.05.14 11:38 1038
Qısamüddətli yağış gözlənilir - Proqnoz
Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 14-17, gündüz 24-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da mayın 15-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər