Prezident Türkiyəyə gedir
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Dövlət başçısı sabah Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında iştirak edəcək. Zirvə Toplantısında həmçinin, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan prezidentləri, xarici işlər və turizm nazirləri də iştirak edəcək.
IV Zirvə toplantısı iyunun 5-də başa çatacaq.
IV Zirvə toplantısı iyunun 5-də başa çatacaq.