• şənbə, 20 Aprel, 19:22
  • Baku Bakı 24°C

Ukraynanın iki “SU-25” qırıcısı Rusiya ərazisindən vurulub

23.07.14 18:47 1091
Ukraynanın iki “SU-25” qırıcısı  Rusiya ərazisindən vurulub
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki “SU-25” tipli təyyarə 5,2 min metr hündürlükdə Rusiya ərazisindən vurulub.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko açıqlama verib.
“Bu gün (iyulun 23-də –red.) Dmitrovka kəndindəki anti-terror əməliyyatı dəstəkləmək üçün Ukrayna silahlı qüvvələrinin 4 “SU-25” təyyarəsi həmin bölgədə uçuş edib.
Hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra onlardan ikisi 5,2 metr yüksəklikdə zenit-raket qurğusu vasitəsi ilə vurulublar. İlkin məlumata əsasən, raketlər Rusiya ərazisindən buraxılıb”-deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, rusiyayönlü terrorçularda belə zenit –raket qurğusu yoxdur.
banner

Oxşar Xəbərlər