• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Sabahın hava proqnozu

04.08.14 11:04 1212
Sabahın hava proqnozu
Bakı və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şərq küləyi axşam mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 23-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər