• çərşənbə axşamı, 23 aprel, 21:01
  • Baku Bakı 20°C

Sabah yağış yağacaq - Proqnoz

29.09.14 13:48 1004
Sabah yağış yağacaq - Proqnoz
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.
Gün ərzində fasilələrlə yağış yağacaq, günün ikinci yarısında isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə 12-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 30-da arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər