• şənbə, 20 Aprel, 10:01
  • Baku Bakı 14°C

Sabah hava necə olacaq?

25.09.14 13:45 1327
Sabah hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu, gecə 16-18, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, böyük və kiçik Qafqazın, eləcə də cənub bölgəsində şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər