• cümə axşamı, 28 mart, 18:21
  • Baku Bakı 13°C

Rusiyanın hərbi gəmiləri Bakıya gəlir

01.10.14 15:55 1296
Rusiyanın hərbi gəmiləri Bakıya gəlir
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının iki hərbi gəmisi Xəzəryanı ölkələrin limanlarına səfərə çıxıb.
Bu barədə APA «İTAR TASS» agentliyinə istinadən məlumat verib.
Flotiliyanın «Dağıstan» gözətçi gəmisi və «Qrad Sviyajsk» kiçik raket gəmisi bu gün səfər proqramına uyğun olaraq Mahaçqala limanından dənizə çıxıb.
İyirmi günlük səfər dostluq əlaqələrini gücləndirmək və tanışlıq məqsədi daşıyır. Rus gəmiləri Azərbaycan, İran və Qazaxıstan limanlarını ziyarət edəcək və Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirəcəklər.
Qeyd edək ki, Rusiya hərbi gəmiləri ötən il Bakıya, Azərbaycan HDQ-nin gəmiləri isə Həştərxana dostluq səfəri edib.
banner

Oxşar Xəbərlər