• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

Havalar istiləşir - Proqnoz

21.10.14 13:06 1057
Havalar istiləşir - Proqnoz
Sabahdan Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Lənkəran-Astara bölgəsində yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər