• şənbə, 20 Aprel, 17:55
  • Baku Bakı 23°C

Biznes inkubatorda iştirakçılar üçün treninqlər keçirilir

15.10.14 19:29 1105
Biznes inkubatorda iştirakçılar üçün treninqlər keçirilir
Məlumat verildiyi kimi, sentyabrın 10-da gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamyıb. Həmin gündən etibarən İSN-in Bakı Biznes Tədris Mərkəzi (BBTM) tərəfindən biznes inkubatorun iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə 3 ay müddətinə treninqlərin keçirilməsinə start verilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, müvafiq sahələr üzrə beynəlxalq sertifikatlar almış yerli və xarici ekspertlər tərəfindən aparılan treninqlər həftədə 3 gün olmaqla hər gün 4 saat keçirilir və hər həftə müxtəlif mövzuları əhatə edir.
İndiyədək biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanan 20 gənc iştirakçı üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla”, “Layihələrin idarə edilməsi” mövzularında treninqlər keçirilib. Treninqlərdə iştirakçılara BBTM tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Biznes inkubatorun iştirakçıları üçün növbəti treninq oktyabrın 15-də “Logistika” mövzusu üzrə təşkil edilib. 3 gün davam edəcək tədbirdə iştirakçılara logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və sair barədə məlumatlar veriləcək, mövzu üzrə təqdimat keçiriləcəkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər