• cümə axşamı, 28 mart, 13:12
  • Baku Bakı 16°C

26 dərəcə isti olacaq - Proqnoz

14.10.14 14:37 830
26 dərəcə isti olacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam saatlarında bəzi qərb ryaonlarında və Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə isti proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər