• cümə, 29 Mart, 12:52
  • Baku Bakı 14°C

Yağış yağacaq - Proqnoz

08.11.14 11:47 1115
Yağış yağacaq - Proqnoz
Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 9-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər