• çərşənbə, 24 Aprel, 20:16
  • Baku Bakı 23°C

Qazaxda sahibkarlar üçün treninq keçirilib

03.11.14 12:57 1339
Qazaxda sahibkarlar üçün treninq keçirilib
Qazax rayonunda Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları mövzularında keçirilən tədbirdə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik və sair barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqdə həmçinin, təqdimatlar keçirilib, İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və sair barədə məlumat verilib. Tədbir çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər