• cümə, 19 Aprel, 10:44
  • Baku Bakı 13°C

Azərbaycan prezidenti görüşlər keçirib

03.11.14 13:11 993
Azərbaycan prezidenti görüşlər keçirib
Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb vəəməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edilib.
Söhbət zamanı həmçinin ikitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparıblar.
X X X X
Azərbaycan prezidenti İlham Əliyev Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə keçirilən görüşlərin, o cümlədən Fransaya son səfəri zamanı prezident Fransua Ollandla keçirdiyi görüşün əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmini qeyd edib.
Dövlət başçısı Fransada təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran J. Mansel Azərbaycanla Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu qeyd edən J. Mansel onlara göstərilən diqqət və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər