• cümə axşamı, 28 mart, 17:09
  • Baku Bakı 16°C

17 dərəcə isti olacaq - Proqnoz

07.11.14 12:26 1218
17 dərəcə isti olacaq - Proqnoz
Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 13-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 11-16 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər