• cümə, 19 Aprel, 11:40
  • Baku Bakı 13°C

Sabah hava necə olacaq? - Proqnoz

27.11.14 11:55 1027
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın sonuna kimi davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 28-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal; var/ Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
banner

Oxşar Xəbərlər