• şənbə, 20 Aprel, 17:32
  • Baku Bakı 23°C

Sabahın hava proqnozu açıqlanıb

08.12.14 12:38 1072
Sabahın hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 9-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub bölgəsində az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə, dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər