Neftin ucuzlaşması davam edir
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,17 dollar azalaraq 1 barelə görə 63,98 dollar olub.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 2,21 dollar ucuzlaşaraq 67,94 dollar olub.
Qeyd edək ki, neftin qiymətinin kəskin azalmasına OPEK-in hasilat kvotasının aşağı salmaması ilə bağlı verdiyi qərar səbəb olub.