• cümə axşamı, 25 aprel, 19:03
  • Baku Bakı 21°C

Hava haqqında - Xəbərdarlıq

16.12.14 13:22 1036
Hava haqqında - Xəbərdarlıq
Meteohəssas insanlarda diskomfort hissi yarana bilər
Dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində çiskinli az yağış yağacağı, günün ikinci yarısı dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lənkəran-Astara bölgəsində az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Meteoroloji proqnoza gəlincə, dekabrın 16-da Abşeron yarımadasında antisiklon hava gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-si 18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
banner

Oxşar Xəbərlər