• şənbə, 20 Aprel, 05:14
  • Baku Bakı 15°C

Əhalinin sayı açıqlandı

16.12.14 09:42 1064
Əhalinin sayı açıqlandı
Azərbaycan əhalinin noyabr ayının 1-nə olan sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 97,2 min nəfər və ya 1% artaraq 2014-cü il noyabr ayının 1-i vəziyyətinə 9 574,3 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.
Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləri təşkil edir.
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 142,6 min körpə doğulub və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1 000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (18,1). Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarətdir.
banner

Oxşar Xəbərlər