• cümə, 19 Aprel, 18:58
  • Baku Bakı 24°C

Havalar pisləşəcək - Xəbərdarlıq

06.01.15 12:39 808
Havalar pisləşəcək - Xəbərdarlıq
Yanvarın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, paytaxt və Abşeron yarımadasında arabir güclənəcək mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.
Axşam havanın kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısından isə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər