• cümə, 19 Aprel, 07:09
  • Baku Bakı 13°C

Havalar istiləşir - Proqnoz

23.12.14 11:39 1026
Havalar istiləşir - Proqnoz
Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, ancaq küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək.
Dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da dekabrın 24-də hava" style="line-height: 1.6em;">hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər