• çərşənbə axşamı, 16 aprel, 19:33
  • Baku Bakı 18°C

Havalar yenidən istiləşir - Proqnoz

10.01.15 12:10 872
Havalar yenidən istiləşir - Proqnoz
Yanvarın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər