• cümə, 29 Mart, 00:25
  • Baku Bakı 7°C

13 dərəcə isti gözlənilir - Proqnoz

14.01.15 12:22 865
13 dərəcə isti gözlənilir - Proqnoz
Yanvarın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 9-13 dərəcə isti olacaq.
Rayonlarda da yağmursuz hava şəraiti hökm sürəcək, səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub zonasında isə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir dağlıq ərazilərdə güclənəcək.
Temperatur Aran rayonlarında gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
banner

Oxşar Xəbərlər