• cümə, 26 Aprel, 23:35
  • Baku Bakı 22°C

Azərbaycana qar yağacaq - Proqnoz

13.02.15 08:03 849
Azərbaycana qar yağacaq - Proqnoz
Fevralın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz bəzi rayonlarda yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər