• cümə, 26 Aprel, 07:26
  • Baku Bakı 12°C

Sabah hava necə olacaq? - Proqnoz

04.02.15 08:24 903
Sabah hava necə olacaq? - Proqnoz
Fevralın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, günü ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti olacaq.
banner

Oxşar Xəbərlər