• cümə, 19 Aprel, 02:21
  • Baku Bakı 18°C

2016-cı ilə nisbətən 2,4 dəfə çox pambıq tədarük edilib

30.12.17 13:55 807
2016-cı ilə nisbətən 2,4 dəfə çox pambıq tədarük edilib
Dekabrın 30-dək ölkə üzrə 206 min 721 ton pambıq tədarük olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 226 ton məhsul təhvil verilib.
Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib. Bu baxımdan başa çatmaqda olan 2017-ci ili dönüş ili adlandırmaq olar. Əgər ötən ilin eyni dövründə qəbul məntəqələrinə 88 min ton pambıq təhvil verilmişdisə, builki göstərici ondan 2,4 dəfə çoxdur.
AZƏRTACpambıq tədarükünə dair dekabrın 30-na olan operativməlumatıtəqdim edir.
banner

Oxşar Xəbərlər