• cümə, 19 Aprel, 15:45
  • Baku Bakı 25°C

2016-cı ildə dünyada 74 jurnalist öldürülüb

04.07.16 17:22 944
2016-cı ildə dünyada 74 jurnalist öldürülüb
2016-cı ildə dünyanın 22 ölkəsində 74 jurnalist öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə qeyri-hökumət təşkilatı olan "Press Emblem Campaign” məlumat yayıb.

Təşkilat jurnalistin işləməsi üçün ən təhlükəli ölkələr olaraq açıqladığı Əfqanıstanda 10, Suriyada 9, Meksikada 8,İraqvə Yəmənin hər birində 7, Qvatemalada 5, Hindistanda 4, Pakistan və Türkiyənin hər birində 4 jurnalistin öldürüldüyünü açıqlayıb. Təhlükəli ölkələrin ilk onluğuna Rusiya, Filippin və Salvadorun da adı daxil edilib. İlin əvvəlindən bu ölkələrin hər birində 2 jurnalist qətlə yetirilib.

"Press Emblem Campaign” 2004-cü ildə yaradılıb vəBMTyanında məşvərətçi statusa malikdir.
banner

Oxşar Xəbərlər