• şənbə, 20 Aprel, 09:22
  • Baku Bakı 14°C

2016-cı ildə Avropanın futbol klubları 4 faiz ucuzlaşıb

31.12.16 12:45 1156
2016-cı ildə Avropanın futbol klubları 4 faiz ucuzlaşıb
2016-cı il ərzində Avropanın futbol klublarının səhmlərinin ümumi dəyəri 4,04 faiz aşağı düşüb.
"Report" xəbər verir ki, bu barədə birjaların nəticələri deməyə əsas verir.
Səhmləri daha çox ucuzlaşan futbol klubları "Sportinq" və "Benfika"dır (hər ikisi Portuqaliya).
Birjalarda il ərzində səhmləri bahalaşan klub Fransanın "Lion" komandasıdır. "Transfermarkt" portalının məlumatına görə, hazırda klubun bir səhminin dəyəri 2,94 avrodur.
Dortmund "Borussiya"sının (Almaniya) səhmləri də əhəmiyyətli dərəcədə bahalaşıb. Klub mövsümü ikinci pillədə başa vurub və bir sıra futbolçularını "Mançester Yunayted", "Mançester Siti" və "Bavariya" kimi klublara satıb. Dekabrın 30-na olan vəziyyətə görə, klubun bir səhminin qiyməti 5,26 təşkil edib.
İki İtaliya klubu – "Latsio" və "Yuventus"un səhmləri il ərzində müvafiq olaraq 0,51 avrodan 0,58 avroyadək və 0,26 avrodan 0,3 avroyadək artıb.
Dünyada kapitallaşma üzrə ən iri futbol klubu olan "Mançester Yunayted" il ərzində kapitallaşmanın 20 faizini itirib. Dekabrın 30-a olan vəziyyətə görə, klubun bir səhminin dəyəri 14,25 dollar təşkil edib.
banner

Oxşar Xəbərlər