• cümə axşamı, 28 mart, 13:31
  • Baku Bakı 16°C

2016-cı ildə 773 uşaq övladlığa götürülüb

18.03.17 21:43 544
2016-cı ildə 773 uşaq övladlığa götürülüb
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2016-cı ildə 402-si oğlan, 371-i isə qız olmaqla 773 uşaq övladlığa götürülüb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, övladlığa götürülmüş uşaqların 45,4 faizini üç yaşa qədər, 20,7 faizini 3-5 yaşlı, 19,7 faizini 6-10 yaşlı, 14,2 faizini isə 11-17 yaşlı uşaqlar təşkil edib.
Bu dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onlardan da 7-si qızdır.
Ötən il Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 63 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.
banner

Oxşar Xəbərlər