• şənbə, 20 Aprel, 10:45
  • Baku Bakı 14°C

2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

06.10.17 10:15 1169
2016-cı il ərzində münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb
Dünyadakı müxtəlif münaqişələrdə ötən il ərzində 8000-dən çox uşaq ölüb və ya yaralanıb.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədəBMTbaş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, Əfqanıstandakı münaqişədə ötən il ərzində 3512, Suriyada – 1915, Yəməndə isə 1340 uşaq ölüb və ya yaralanıb.
Qeyd edək ki, bundan əvvəlBMTSəudiyyə Ərəbistanının İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. "Qara siyahı”ya həmçinin üsyançı husilər, Yəmən Silahlı Qüvvələrinin və hökumət yönümlü silahlı dəstələrin nümayəndələri və "Əl Qaidə” üzvləri daxil edilib.
banner

Oxşar Xəbərlər