• cümə axşamı, 25 aprel, 15:54
  • Baku Bakı 23°C

200 milyon versələr də, “Çelsi” onu satmayacaq

30.01.18 14:20 829
200 milyon versələr də, “Çelsi”  onu satmayacaq
"Çelsi” Eden Hazarı "Mançester Siti”yə satmaq niyyətində deyil.
Kaspi.az xəbər verir ki, "təqaüdçülər” hətta "Siti” 200 milyon funt təklif etsə də, Hazarı satmağı planlaşdırmır. Bir müddət əvvəl "The Telegraph” məlumat yaymışdı ki, "şəhərlilər” yayda onun üçün "Çelsi”yə müraciət edəcək.
Məlumatda bildirilirdi ki, belçikalı futbolçu "Siti”nin baş məşqçisi Xosep Qvardiolanın əsas transfer hədəfidir. Hazara olan marağı nəzərə alan "Çelsi” rəhbərliyi, onunla yeni müqavilə bağlamağı planlaşdırır. Yeni müqavilədə Hazara həftədə 300 min funt məvacib təklif olunacaq.
Eden cari mövsümdə 20 oyunda meydana çıxıb, 8 qol vurub, 2 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər