• cümə axşamı, 18 aprel, 17:48
  • Baku Bakı 22°C

“20 Yanvar”dakı ticarət obyektlərinin niyə hamısı sökülməyib?

19.03.14 13:23 1471
“20 Yanvar”dakı ticarət obyektlərinin niyə hamısı sökülməyib?
Bakı Şəhər İcra Hakimiyyəti metronun “20 Yanvar” stansiyasındakı bəzi ticarət obyektlərinin sökülməməsinə aydınlıq gətirib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev APA-ya deyib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib: “Metropolitenin bizə verdiyi siyahıda metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Lakin metronun “20 Yanvar” stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bizim departament yalnız söküntüyə nəzarət edir. Həmin stansiyada digər obyektlərin yığışdırılmamasının səbəbini soruşduq, metropolitendən dedilər ki, bu obyektlər metropolitenin balansına deyil”.
banner

Oxşar Xəbərlər