AZE | RUS | ENG |

20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir

20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir
1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Həmin gün müstəqil Azərbaycan tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı.
 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Ağcabədi şəhərində keçirilən ümumrayon tədbirində səsləndirilib.
 
Şəhidlər Xiyabana axışan ağcabədililər və ərazidə xidmət edən hərbi qulluqçular abidə kompleksi önünə və şəhid məzarları üzərinə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad ediblər. Anım mərasimində Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
 
Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən aktyorluq və bədii qiraət dərnəyinin üzvləri 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi-bədii kompozisiya ilə çıxış ediblər.
 
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202