AZE | RUS | ENG |

20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20 yanvar 1990-cı il tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar.
 
Bunu Trend-ə gürcüstanlı politoloq Gela Vasadze deyib.
 
G.Vasadzenin sözlərinə görə, yanvarın 20-ə keçən gecə Bakıda baş verənlər yeni Azərbaycanın doğulduğu hadisələr oldu: "İnsanlar başa düşdü ki, Sovet hakimiyyəti xalqın müdafiəsini təmin etmək gücündə deyil və hətta öldürməyə başlayıb. Bütün bu hadisələrdən sonra, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi”.
 
Politoloq qeyd edib ki, analoji hadisələr 1989-cu ilin aprelində Gürcüstanda da baş verdi və bu andan etibarən Sovet hakimiyyəti süquta məhkum oldu: "Bu hadisələr zamanı mən Qafqazda deyildim. Amma 1990-cı ildə Bakıya gələ bildim. Sözün düzü, gördüklərim çox ağır idi. Hadisələrdən çox zaman keçməsinə baxmayaraq burada hələ də sovet texnikası dayanmışdı, hərbi patrul gəzirdi və mənim şən və çiçəklənən kimi tanıdığım şəhər tutqun və faciəvi ab-havaya bürünmüşdü. O zaman baş verənlər əlbəttə ki, böyük faciə idi. Bir tərəfdən bu, tarixin qara günü olsa da, digər tərəfdən həmin günü Gürcüstanda 9 aprel olduğu kimi Azərbaycanın yeni tarixinin başlanğıcı hesab etmək olar”.
 
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
 
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916