• cümə axşamı, 25 aprel, 13:08
  • Baku Bakı 23°C

“20 Yanvar” stansiyasının I vestibülü bağlanır

29.06.16 11:33 1254
“20 Yanvar” stansiyasının I vestibülü bağlanır
Ölkə başçısının 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması işləri davam etdirilir.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə "20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdirilməlidir. Bundan ötrü stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır: "Bütün bunları nəzərə alaraq, "Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, "20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin istifadəsində olacaq. "Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Onu da qeyd edim ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”.


banner

Oxşar Xəbərlər