• cümə axşamı, 28 mart, 20:54
  • Baku Bakı 13°C

20 Yanvar şəhidlərinin xatirəsi Dövlət Miqrasiya Xidmətində ehtiramla anılıb

19.01.17 18:02 1054
20 Yanvar şəhidlərinin xatirəsi Dövlət Miqrasiya Xidmətində ehtiramla anılıb
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqarsiya xidməti müşaviri Vəli Nağıyev məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğınlar barədə məlumat verib. O, həmin hadisələrin insanlığa qarşı yönəldilmiş hərbi cinayət olduğunu bildirib. Qeyd edib ki, imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş ən dəhşətli əməl idi. Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə Ümummilli lider Heydər Əliyev olmuşdu. Ulu öndər Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəlmiş və təcavüzə kəs­kin etirazını bildirmiş, hadisəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham edərək qoşunların Bakıdan çıxarıl­masını tələb etmişdi. Xalqımızın Ümum­milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdi. Məhz 20 Yanvar faciəsi Ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini almışdır.
Ümummilli liderin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. Prezident İlham Əliyevin "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçısının təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Vurğulanıb ki, bu yara, bu zərbə nə qədər ağır olsa da, Azərbaycan xalqının qəddi əyilmədi, əksinə xalqımız başını daha qürurla tutaraq dövlət müstəqilliyini bərpa etdi və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz istiqlalını qoruyur və möhkəmləndirir. Təbiidir ki, xalqımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda verdiyi qurbanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur.
Sonda 20 Yanvar hadisələridən bəhs edən film nümayiş olunub.
banner

Oxşar Xəbərlər