20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniya Parlamentində yad edilib
Yanvarın 18-də Londonda Böyük
Britaniya Parlamentinin "Portcullis
House” palatasının "Macmillan” zalında Qara Yanvarda həlak olanların əziz xatirəsi yad edilib. Parlament üzvü, Britaniya -Azərbaycan
Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə
Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan
diasporasının fəalları və ölkəmizin yaxın dostları iştirak edib. Tədbir Azərbaycanın
Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı
şəraitində baş tutub.
Anım mərasimində
vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycanın yaxın tarixində baş vermiş ən qanlı
hadisələrdən biridir. 1990-cı ilin yanvarın 19–dan 20-nə keçən gecə təqribən 26 minlik sovet hərbi kontingentinin Bakıdakı
dinc nümayişçilərə qarşı amansız davranması tarixə qanlı hərflərlə yazıldı. Onlar
Sovet İttifaqı Kommunist Partiyasının sonuncu baş batibi Mixail Qorbaçov və müdafiə
naziri Dmitri Yazovun birbaşa əmri ilə hərəkət edirdi. 20 Yanvar qətliamı Azərbaycanın
1991-ci ilin 18 oktyabr tarixində əldə etdiyi dövlət müstəqilliyinə aparan
yolun başlanğıcı olmuşdur.
1995-ci ildə M.Qorbaçovun
"Bakıda fövqəladə vəziyyətin elan edilməsi mənim siyasi karyeramda ən böyük səhv
idi” deməsi, o, tarixi səhvini etiraf etmiş oldu. 2015-ci ildə ona Qanlı
Yanvarla bağlı sual verildikdə, o, "1990-cı ilin yanvar ayında baş vermis hadisələr
haqqında hər hansı bir şərh vermək istəmirəm. Ona görə ki, bir çox xatirələr, təhlil
və dərin düşüncələr olmadan o gecə haqqında danışmaq çətindir” sözlərini deməklə,
günahkar olduğunu bir daha təsdiqlədi.
Britaniya - Azərbaycan
Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman: "Sovet dövründə Azərbaycan
tamam fərqli bir ölkə idi. Aydındır ki, o dövrdə təzyiq altında yaşayan
insanlar azadlıq arzusu ilə yaşayırdı və Sovet İttifaqı dağılma nöqtəsində idi.
Mixail Qorbaçovun Bakıdakı sülh nümayişlərinin qarşısını almaq məqsədi ilə hərbi
qüvvədən istifadə etməsi faktı, Azərbaycan xalqının müstəqillik uğrunda təbii
istəyini boğmaq cəhdi idi.
Azərbaycanın Böyük
Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə qeyd edib ki, 20 Yanvar qırğını ölmək üzrə olan bir balina
kimi respublikalar üzərində nəzarəti əlində saxlamağa çalışan Sovet rejiminin sonu
idi. Əslində, biz, bu qanlı olaydan sonra Kommunist Partiyasının sıralarını tərk
edənlərin sayının durmadan artmasının şahidi olduq və bunun nəticəsində antisovet
ovqatı bütün Azərbaycanı bürüdü.
"Rejim təzyiq altında
idi. Lakin qərbdə ümidlər var idi ki, Qorbaçov ölkəni dəyişə və kommunizmə
"insan siması" gətirə bilər. Fikrimcə, Sovet İttifaqında bu mümkün
deyildi. Bakıda baş yermiş silahlı təzyiq bunun mümkünlüyünə dair qərbin
illüziyalarını dağıtdı və həmin məqamda onlar anladı ki, Sovet rejimi
islahatlardan uzaq idi. Bakıda baş verən hadisələr ümumilikdə Sovet İttifaqının
dağılması üçün böyük katalizator oldu.
Qeyd edim ki, Şəhidlər
Xiyabanında torpağa basdırılan Qara Yanvar qurbanları arasında çoxmillətli Azərbaycan
cəmiyyətinin tərkib hissəsi olan gürcülər, ruslar və yəhudilər də vardır. Biz
beynəlxalq arenada özünəməxsus yer tutmağa qarşısına məqsəd qoyan çoxmillətli,
mütərəqqi ölkə olmuşuq və olmaqdayıq. Biz, 1990-cı ilyanvar ayının 20-dəbaşverən hadisələr nəticəsindəşəhid olmuş bacı və
qardaşlarımızın ruhu qarşısında baş əyirik”-
deyə, azərbaycanlı diplomat bildirib.
Anım mərasimi Londonda
yaşayan tarzən Rafig Rüstəmovun çıxışı ilə yekunlaşıb.