• çərşənbə, 24 Aprel, 17:46
  • Baku Bakı 27°C

20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi

20.01.14 10:10 1238
20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəliyə dayandırılıb.
Trend-in məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.
banner

Oxşar Xəbərlər