• cümə, 19 Aprel, 05:46
  • Baku Bakı 18°C

20 Yanvar qəhramanlıq salnaməmizə qızıl hərflərlə yazılıb - Fotolar

18.01.17 15:50 955
20 Yanvar qəhramanlıq salnaməmizə qızıl hərflərlə yazılıb - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.

Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iktidarında olan, güclü iqtisadiyyata sahib bir ölkədi.

Daha sonra AMEA-nın Tarix İnisitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. C. Bəhramov bildirib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar.

AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Məmmədaslan Quliyevsə bu günki gənclərin 20 Yanvar hadisəsinə faciə kimi yanaşmadığını deyib. Bildirib ki, Azərbaycan gəncləri bu tarixi qəhramanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yadda salır.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filimlər, slaydlar nümaiş olunub və tələbələrin ədəbi-bədii kompozisiyası təqdim ediblər.



banner

Oxşar Xəbərlər