AZE | RUS | ENG |

20 Yanvar hadisələri də xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi

20 Yanvar hadisələri də xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi
20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, dünya tarixinin ən qanlı, qəddar səhifələrindən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
Millət vəkili bildirib ki, dövlətin bir nömrəli vəzifəsi vətəndaşının təhlükəsizliyini qorumaqdır: "Amma 20 yanvar 1990-cı ildə Sovet dövləti Bakı sakinlərinə qarşı xəbərdarlıq etmədən qanlı divana başladı və qısa bir zamanda yüzlərlə insan öldürüldü, xəsarət aldı. Onların hamısı əlində silah olmayan, silahlı müqavimət göstərməyən dinc sakinlər idi. Öldürülənlər arasında azyaşlılar, sadəcə olaraq avtomobilində, küçədə gedən insanlar, təcili yardım maşını ilə yaralılara köməyə tələsən həkimlər də var idi”.
 
A.Mirzəzadə vurğulayıb ki, 20 Yanvar faciəsini törətməkdə məqsəd müstəqillik, torpaqlarını qorumaq uğrunda mübarizə aparan Azərbaycan xalqının gözünü qorxutmaqdan ibarət idi: "Sovet rəhbərliyi tərəfindən dəstəklənən erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özlərinə birləşdirmək istəyirdilər. Buna etiraz edən xalq 1988-ci ildən mübarizəyə başlamışdı. Xalqın siyasi iradəsini qıra bilməyən SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı belə bir qanlı divan tutmağa və bununla da xalqı mübarizədən çəkindirməyə çalışdı. Ancaq hadisələrin sonrakı gedişatı göstərdi ki, bu, nəinki xalqı qorxutmadı, əksinə, Azərbaycan xalqı daha da mətin oldu. 20 Yanvar hadisələri bir tərəfdən faciədir, digər tərəfdən isə qəhrəmanlıq nümunəsidir”.
 
Deputat deyib ki, hakimiyyətin silahsız insanların üstünə ağır silahlarla gəlməsinə baxmayaraq, xalqımız mübarizədən çəkinmədi: "Mübariz insanların öldürülməsi xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi. Hadisədən bir gün sonra Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciəni pisləməsi, bu qırğına görə siyasi məsuliyyəti SSRİ rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun daşıdığını elan etməsi böyük siyasi cəsarət idi. Bu, Azərbaycanın ümummilli liderinin xalqın milli maraqlarını qorumaq üçün atdığı cəsarətli siyasi addım idi”.
 
A.Mirzəzadə qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək və şəhidlərin xatirəsi daim əziz tutulacaq.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
 
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916